• Русский
  • Сербский
  • Азербайджанский
  • Английский
  • Албанский
  • Армянский
  • Белорусский
  • Боснийский
  • Грузинский
  • Казахский
  • Киргизский
  • Македонский
  • Словенский
  • Таджикский
  • Узбекский
  • Украинский
  • Хорватский
muk
Поиск по сайту
Поиск по каталогу

Каталог продуктов и сервисов



MUK COMPUTERS, Azərbaycan, Bakı

“MUK COMPUTERS” şirkəti Azərbaycanda öz fəaliyyətinə 2015-ci ilin avqustunda başlamışdır

Şirkətin fəaliyyətinin əsas istiqaməti – kompüter texnikasının, periferiya və şəbəkə avadanlığının, proqram təminatının, infrastrukturun və əlaqəli xidmətlərin qurulması üçün həllərin distribusiyasıdır. MUK KOMPYUTERS mütəxəssisləri öz dilerləri üçün əlavə xidmətlər kompleksini təqdim etməklə və Value-Added Distribution modelini inkişaf etdirməklə bu həlləri istifadə edən layihələrin işlənib hazırlanması və tətbiqində fəal iştirak edirlər. Şirkət satışları yalnız diler şəbəkəsi vasitəsilə həyata keçirir. Hal-hazırda MUK KOMPYUTERS şirkətinin portfelinə A10, ACTi, AEG, APC, Altaro, Atos, Autodesk, Avigilon, BENQ, BitTitan, Bitdefender, Brickcom, Centerm, Check Point, Commscope, Conteg, DELL EMC, Ddn, Dell, Dell Wyse, Delphix, Dropsuite, EnGenius, Extreme Networks, Grandstream, HCL, Hitachi Vantara, IBM, IBM Software, Identiv, InFocus, Infinidat, Infortrend, Ivanti, Ixia, Juniper, Keenetic, Kingston, Kub, LearnQuest, Matrix, Microsoft, Ncomputing, NetApp, Nexan, Nvidia, Oracle, PacketLight, Penta Security, Proget, Qnap, RCG Power, Radware, Ranorex, Samsung, SaneBox, Shavlik, Sopar, StarWind, Stratus, Symantec, Tecnoware, TrippLite, Veeam, Verint, Vertiv, YSoft, Zimbra, Zoom kimi istehsalçılarla bağlanmış müqavilələr daxildir. Yaxınlarda şirkət Microsoft bulud həllərini tərəfdaşlara təklif etmək imkanını verən Microsoft Cloud Service Provider tərəfdaşlıq statusunu almışdır.

Muk Tədris mərkəzi 2016-cı ildən etibarən Azərbaycan Respublikasının ərazisində uğurla fəaliyyət göstərir. Fəaliyyət müddəti ərzində Tədris mərkəzi öz sərhədlərini genişləndirmiş, iş sahəsini və avtorizasiya portfelini təkmilləşdirmişdir. Hal-hazırda MUK tədris mərkəzi öz müştəriləri üçün tədris üçün rahat şərait yaratmış, keyfiyyətli avadanlıqlar vasitəsilə təcrübə keçmək və AMP Netconnect, Autodesk, Check Point, Dell EMC, Fortinet, Grandstream, HPE, IBM, ITIL, Juniper Networks, Linux, Microsoft, Oracle, Penta Security, PMI, Red Hat, Veeam, VMware kimi vendorlardan avtorizasiya imkanını yaratmışdır.

2018-ci ildə MUK-un tədris mərkəzimizdə müxtəlif şirkətlərin 280 əməkdaşına təlim keçirilmişdir. Sertifikatlı təlimçilərin güclü bazası və aparılan təlimlərin keyfiyyəti Tədris mərkəzinin Azərbaycan bazarındakı mövqeyini gücləndirir. Avtorizasiyaların və münasib kursların portfellərinin artırılması və genişləndirilməsi üzrə sistematik iş aparılır.

MUK KOMPYUTERS təchizatçılarla birlikdə tərəfdaşlar və sifarişçilər üçün müxtəlif tədbirləri keçirməklə marketinq aktivliyinə xüsusi önəm verir.

MUK KOMPYUTERS şirkətində sifariş yerləşdirmək və ya məqalədə göstərilən məhsulları sınaq üçün əldə etmək mümkündür. Bu həllər və onların əldə edilməsi barədə daha ətraflı məlumat almaq, tərəfdaşlıq proqramları və təqdim edilmiş VAD-servisləri ilə, həmçinin müştərək tədbirlərin keçirilməsi ilə bağlı təkliflərlə tanış olmaq üçün +994 12 310 34 43 telefon nömrəsi və ya office@muk.az elektron poçt ünvanı ilə əlaqə saxlamağınız xahiş olunur.


Sınaqlar üçün avadanlıq

Şirkətin anbarında tərəfdaşlar üçün sınaqlar üçün demo-avadanlıqlar dəsti mövcuddur:

  • IBM avadanlığı;
  • Grandstream telefoniyası;
  • Dell Wyse müştəriləri;
  • Serverlər, MSS və digər Dell EMC avadanlığı;
  • Fortinet avadanlığı.
  • CheckPoint avadanlığı
  • Commscope avadanlığı
  • Oracle avadanlığı

Demo-avadanlığının çeşidi daimi yenilənir və artırılır.

Əlaqə:

Azərbaycan, Bakı ş.,
 
Xocalı pr. 55, AGA Biznes Mərkəzi, 8-cü mərtəbə

Telefon: +994 12 464 43 50, +994 12 310 34 43

E-mail: office@muk.az

Sayt: www.muk.az

Incident Reporting




Следите за нами в социальных сетях —